Uels millisi Çinlə yoldaşlıq oyunundan 1 milyon funt sterlinq qazana bilər

Uels millisi Çinlə yoldaşlıq oyunundan 1 milyon funt sterlinq qazana bilər Bakı. 20 fevral. REPORT.AZ/ Uels milli komandası Çin yığması ilə yoldaşlıq oyunundan 1 milyon funt sterlinq qazana bilər.
Futbol
20 Fevral , 2018 14:33
Uels millisi Çinlə yoldaşlıq oyunundan 1 milyon funt sterlinq qazana bilər

Bakı. 20 fevral. REPORT.AZ/ Uels milli komandası Çin yığması ilə yoldaşlıq oyunundan 1 milyon funt sterlinq qazana bilər.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, Çin Futbol Assosiasiyası İspaniyanın “Real Madrid” komandasının futbolçusu Qaret Beyl həmin görüşdə iştirak edəcəyi təqdirdə bu məbləği qarşı tərəfə ödəməyə hazırdır.

Beyl çinlilərlə matçda forma geyinməsə, ödəniş 100 min funt sterlinq azalacaq. Lakin bunun üçün İngiltərənin “Arsenal” klubunun futbolçusu Aron Remsi asiyalılarla qarşılaşmada meydanda olmalıdır. Əks halda, uelsililər 50 min funt sterlinq az gəlir əldə edəcəklər.

Qeyd edək ki, bu kollektivlər arasında yoldaşlıq oyunu martın 22-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi