Bakı. 19 noyabr. REPORT.AZ/Rusiya Futbol İttifaqının (RFİ) nümayəndə heyəti noyabrın 19-da prezident Nikolay Tolstıxın rəhbərliyi altında UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən baş qərargahında qurum tərəfindən yaradılan İşçi qrupun nümayəndələri ilə görüşüb.
"Report" RFİ-nin rəsmi saytına istinadən xəbər verir ki, müşavirə zamanı Krım və Sevastopolda futbolun "gələcək inkişafı" məsələləri müzakirə olunub.
Görüşdə Nikolay Tolstıx ilə yanaşı RFİ-nin baş direktorunun beynəlxalq məsələlər üzrə müavini Yekaterina Fedışina və prezidentin hüquq məsələləri üzrə müşaviri Denis Roqaçev iştirak ediblər.