UEFA VAR sistemini sınaqdan keçirəcəyi oyuna türkiyəli hakimləri təyin edib

UEFA VAR sistemini sınaqdan keçirəcəyi oyuna türkiyəli hakimləri təyin edib Bakı. 14 noyabr. REPORT.AZ/ Türkiyəli hakim Cüneyt Çakır UEFA-dan növbəti təyinat alıb.
Futbol
14 Noyabr , 2018 20:47
UEFA VAR sistemini sınaqdan keçirəcəyi oyuna türkiyəli hakimləri təyin edib

Bakı. 14 noyabr. REPORT.AZ/ Türkiyəli hakim Cüneyt Çakır UEFA-dan növbəti təyinat alıb.

"Report" xəbər verir ki, 42 yaşlı FIFA referisi İtaliya və ABŞ yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək.

Ona yan xətt hakimləri - Bahattin DuranTarık Ongun kömək edəcək. Dördüncü hakim funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək.

Qeyd edək ki, UEFA İtaliya - ABŞ matçında videotəkrar sistemini (VAR) sınaqdan keçirəcək. Qarşılaşmanın VAR hakimləri Halis ÖzkahyaBarış Şimşek olacaq. 

Son xəbərlər

Orphus sistemi