Yuxarı

UEFA Ukraynanın "Dnepr" klubunu cəzalandırıb

Kluba 70 min avro cərimə də kəsilib

Bakı. 23 may. REPORT.AZ/ Ukraynanın "Dnepr" klubu bir oyunu azarkeşsiz keçirmə cəzasına məhkum ediləcək. "Report" xəbər verir ki, bu barədə "Matchday" portalına Ukrayna Futbol Federasiyası İcraiyyə Komitəsinin üzvü Artyom Frankov məlumat verib. 

Onun sözlərinə görə, UEFA qərarını ən yaxın müddətdə açıqlayacaq. "Təhlükəsizlik və Stadionlar üzrə Komitənin operativ məlumatlarına əsasən, "Dnepr" daha bir oyunluq şərti cəza alıb. Kluba 70 min avro cərimə də kəsilib" deyə A.Frankov bildirib. 

Qeyd edək ki, "Dnepr" fanatları Avropa Liqasında İtaliya "Napoli"si ilə yarımfinal mərhələsinin cavab görüşündən sonra Kiyevdəki "Olimpiyski" stadionunda çaxnaşma törədiblər. 1:0 hesablı qələbə qazanan Ukrayna təmsilçisi iki oyunun ümumi yekununda finala adlayıb. Mayın 27-də Polşanın paytaxtı Varşavadakı Milli Stadionda keçiriləcək həlledici qarşılaşmada rəqib İspaniya "Sevilya"sı olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi