​UEFA Türkiyə yığması ilə bağlı qərar verib

​UEFA Türkiyə yığması ilə bağlı qərar verib İslandiya ilə görüş Konyada baş tutacaq
Futbol
9 Sentyabr , 2015 12:53
​UEFA Türkiyə yığması ilə bağlı qərar verib

Bakı. 9 sentyabr. REPORT.AZ/ UEFA Türkiyə yığmasının AVRO-2016-nın seçmə qrup mərhələsində İslandiya ilə evdə keçirəcəyi oyunun stadionu ilə bağlı qərar verib. "Report"un məlumatına görə, görüş Konyada baş tutacaq.

Türkiyə Futbol Federasiyası qarşılaşmanın Bursada "Timsah Arena"da keçirilməsini istəsə də, Avropa futbol qurumunun nümayəndələri həmin stadionu yoxladıqdan sonra bunun mümkünsüzlüyünü bildiriblər. Bu səbəbdən, komandalar Konyada yerləşən "Torku Arena"da üz-üzə gələcəklər.

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Türkiyə - İslandiya matçı Bakı vaxtilə saat 23:45-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi