​UEFA Superkubokunun biletləri satışa çıxarılıb

​UEFA Superkubokunun biletləri satışa çıxarılıb Biletlərin qiyməti 7 avrodan başlayır
Futbol
22 İyun , 2015 13:10
​UEFA Superkubokunun biletləri satışa çıxarılıb

Bakı. 22 iyun. REPORT.AZ/ Gürcüstanın Tbilisi şəhərində baş tutacaq futbol üzrə UEFA Superkubokunun biletləri satışa çıxarılıb. "Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Dinamo Arena"da keçiriləcək görüş üçün biletlərin qiyməti 3 kateqoriyaya bölünüb.

Onlara 7 avro, 14 avro və 30 avro qiymət qoyulub. Superkubok matçında Çempionlar Liqasının qalibi olmuş İspaniya "Barselona"sı ilə Avropa Liqasının qalibi "Sevilya" üz-üzə gələcək. "Dinamo Arena" 55 min azarkeş tutumuna malikdir.

Qeyd edək ki, avqustun 11-də keçiriləcək "Barselona" - "Sevilya" matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. 

Son xəbərlər

Orphus sistemi