Yuxarı

UEFA Superkubokuna online bilet satışı dayandırılıb

Buna səbəb saytda texniki nasazlığın yaranmasıdır

Bakı. 1 iyul. REPORT.AZ/ Gürcüstanda keçiriləcək UEFA Superkuboku matçı üçün online bilet satışı dayandırılıb.

"Report"un "Regnum"a istinadən verdiyi məlumata görə, biletləri satan biletebi.ge saytı fəaliyyətə başlayandan sonra texniki problemlərlə üzləşib. Belə ki, saytda növbənin idarəetmə sisteminin düzgün olmaması internet satışlarının dayandırılmasına səbəb olub.

Satışa çıxarılan 26 min biletdən 1500-ə yaxını satılıb. Saytın administrasiyası futbol azarkeşlərindən üzr istəyib və UEFA rəhbərliyindən cavab gözlədiyini bildirib.

Bu arada, Gürcüstan futbol federasiyanın prezidenti Zviad Siçinava deyib ki, UEFA ilə məsləhətləşmələrdən sonra biletlərin kassada satılmasına qərar verilib.

Xatırladaq ki, İspaniyanın "Barselona" və "Sevilya"  klubları arasında Superkubok matçı avqustun 11-də Tiflisdə keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi