Yuxarı

UEFA Superkuboku uğrunda görüşdə ilk dəfə bir şəhərin iki komandası qarşılaşacaq

UEFA Superkuboku uğrunda görüşdə ilk dəfə bir şəhərin iki komandası qarşılaşacaq
Hər iki komanda İspaniyanın Madrid şəhərinin təmsilçisidir

Bakı. 27 may. REPORT.AZ/ "Real" (İspaniya) futbol üzrə Çempionlar Liqasının finalında "Liverpul"u məğlub etməklə UEFA Superkuboku uğrunda matçda oynamaq hüququ qazanıb.

“Report” xəbər verir ki, mükafat uğrunda mübarizədə "qaymaqlar"ın rəqibi digər Madrid komandası – Avropa Liqasının finalında "Marsel"i (Fransa) məğlub etmiş (3:0) "Atletiko" klubu olacaq.

Beləliklə, UEFA Superkuboku uğrunda görüşdə ilk dəfə bir şəhərin iki komandası üz-üzə gələcək.

Matç avqustun 15-də Tallinin "A. Le Kok Arena" stadionunda baş tutacaq.

"Real" UEFA Superkubokunun hazırkı sahibidir. Ötən ilin avqustunda Madrid klubu "Mançester Yunayted"i 2:1 hesabı ilə məğlub etmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi