​UEFA Super Kubokunun yeni sahibi müəyyənləşib - VİDEO

​UEFA Super Kubokunun yeni sahibi müəyyənləşib - VİDEO Real Madrid" və "Sevilya" komandaları arasında oyun "kral klubu"nun qələbəsi ilə yekunlaşıb
Futbol
10 Avqust , 2016 01:22
​UEFA Super Kubokunun yeni sahibi müəyyənləşib - VİDEO

Bakı. 10 avqust. REPORT.AZ/ UEFA Super Kubokunun yeni sahibi müəyyənləşib. 

"Report"un məlumatına görə, həlledici oyunda İspaniyanın iki klubu - "Real Madrid" və "Sevilya" komandaları üz-üzə gəlib. Norveçin Tronheym şəhərindəki "Lerkendal" stadionunda keçirilmiş matç "kral klubu"nun qələbəsi ilə yekunlaşıb - 3:2. 

Görüşün əsas vaxtında tərəflər hərəyə iki dəfə fərqlənib. Əlavə vaxtın bitiminə bir dəqiqə qalmış "Real Madrid" qələbə topuna imza atıb.

Qeyd edək ki, 2015-2016 mövsümündə Madrid təmsilçisi Çempionlar Liqasının, "Sevilya" isə Avropa Liqasının qalibi olub.

UEFA Super Kuboku

22:45. "Real Madrid" (İspaniya) – "Sevilya" (İspaniya) - 3:2 (ƏLAVƏ VAXT - 1:0) Qollar: Marko Asensio, 21. Serxio Ramos, 90+3. Dani Karvaxal, 119 - Franko Vaskes, 41. Yevgeni Konoplyanka, 72-penalti ilə Baş hakim: Milorad Majiç Baş hakimin köməkçiləri: Milovan Ristiç, Dalibor Curceviç Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya) Dördüncü hakim: Şimon Marçinyak Ehtiyat hakim: Tomaş Listkeviç (hər ikisi Polşa) Tronheym (Norveç). "Lerkendal" stadionu

Son xəbərlər

Orphus sistemi