UEFA "Spartak" və PAOK-u cərimələyib

UEFA "Spartak" və PAOK-u cərimələyib Bakı. 24 avqust. REPORT.AZ/ UEFA iki komandanı cərimələyib.
Futbol
24 Avqust , 2018 20:37
UEFA Spartak və PAOK-u cərimələyib

Bakı. 24 avqust. REPORT.AZ/ UEFA iki komandanı cərimələyib.

"Report" UEFA-nın saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının üçüncü seçmə turunun cavab matçında Yunanıstanın PAOK klubunu qəbul edən Rusiyanın "Spartak" komandası 31 min avro cərimə ödəməli olacaq. 

Buna səbəb azarkeşlərin qadağan olunmuş şüarlar səsləndirməsidir.

Bundan başqa, PAOK klubu da Yunanıstanın Saloniki şəhərində baş tutmuş ilk qarşılaşmada azarkeşlərin lazerdən istifadə etmələri səbəbindən 22 min avro məbləğində cərimələnib. 

Qeyd edək ki, "Spartak" iki oyunun nəticəsinə görə (0: 0 və 2:3) mübarizəni  Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi