UEFA "Sevilya" ilə oyuna görə "Qarabağ"a intizam işi açıb

UEFA "Sevilya" ilə oyuna görə "Qarabağ"a intizam işi açıb UEFA növbəti dəfə Qarabağ klubuna qarşı intizam işi açıb.
Futbol
24 Sentyabr , 2019 12:17
UEFA Sevilya ilə oyuna görə Qarabağa intizam işi açıb

UEFA növbəti dəfə "Qarabağ" klubuna qarşı intizam işi açıb. 

Avropa futbol qurumunun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma Azərbaycan təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniya "Sevilya"sı ilə ev matçında baş verənlərlə əlaqədardır.

Azarkeşlər Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada  meydana kənar əşyalar atıblar. Bu, Andalusiya təmsilçisinin 62-ci dəqiqədə hesabı açmasından sonra baş verib. "Sevilya"nın heyətində Xavyer Ernandes cərimə zərbəsini dəqiq yerinə yetirib. Ağdam komandasının fanatları isə "Çiçarito" ləqəbli hücumçunun qoluna belə reaksiya veriblər. 

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi məsələyə oktyabrın 17-də baxacaq. 

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 0:3 hesablı məğlubiyyəti ilə bitib. Ölkə çempionu bu mövsüm daha iki dəfə UEFA tərəfindən cərimələnib. 

Son xəbərlər

Orphus sistemi