Yuxarı

UEFA Serbiya millisini azarkeşlərin irqçi şüarlarına görə cəzalandırıb

UEFA Serbiya millisini azarkeşlərin irqçi şüarlarına görə cəzalandırıb

UEFA Serbiya milli komandasına iki oyunluq cəza verib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna yığmanın sentyabrın 7-də AVRO-2020-nin seçmə mərhələsində Portuqaliyaya doğma meydanda uduzduqları matçda (2:4) baş verənlər səbəb olub.

Yerli azarkeşlər həmin qarşılaşmada irqçi şüarlar səsləndirib və bir neçəsi meydana girib. UEFA Serbiya Futbol Federasiyasını 33 min 250 avro məbləğində də cərimələyib.

Serbiyaya verilən iki matçlıq cəzanın biri şərti xararter daşıyır və oxşar halın yaşanmaması üçün bir illik vaxt verilib. 

Qeyd edək ki, Serbiya cəzaya görə Lüksemburqla növbəti matçı azarkeşsiz oynayacaq. AVRO-2020-nin seçmə mərhələsində B qrupunda mübarizə aparan komanda 6 oyundan sonra 10 xalla üçüncü pillədə qərarlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi