Yuxarı

UEFA seçmə mərhələlərdə təmsil olunan Azərbaycan klublarına vəsait ayırıb

UEFA seçmə mərhələlərdə təmsil olunan Azərbaycan klublarına vəsait ayırıb
Vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada köçürülüb

Bakı. 11 oktyabr. REPORT.AZ/ UEFA Azərbaycanın 4 klubuna maliyyə vəsaiti ayırıb. "Report"un məlumatına görə, vəsait kommersiya fəaliyyətindən irəli gələn əlavə gəlirlərdən seçmə mərhələlərdə iştirak edən klublar üçün bölüşdürülüb. 

19 iyul 2016-cı il tarixli 39 nömrəli məktuba və həmin məktubun 3.1.3-cü bəndinə əsasən, “Qarabağ”a 75 450 avro, “Neftçi”yə 33 220 avro, “Qəbələ”yə 50 960 avro, “Kəpəz”ə isə 33 220 avro ödənilib. Ayrılmış həmin maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada köçürülüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi