Yuxarı

UEFA Ukrayna klubuna Avropa Liqası matçını Xarkovda keçirməyə icazə verib

Bakı. 14 yanvar. REPORT.AZ/ Ukraynanın "Şaxtyor" və Almaniyanın "Ayntraxt" (Frankfurt) komandaları arasında UEFA Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyununun stadionu müəyyənləşib.

"Report" UEFA-nın saytına istinadən xəbər verir ki, sözügedən qarşılaşma Xarkovdakı "Metallist" stadionunda baş tutacaq. Görüş fevralın 14-də Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. 

Almaniyadakı cavab matçı fevralın 21-i Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. 

Qeyd edək ki, daha öncə "Şaxtyor"un Çempionlar Liqasında Fransa "Lion"i ilə matçı hərbi vəziyyətlə əlaqədar Xarkovdan paytaxt Kiyevə dəyişdirilib. Komanda Donetski təmsil etsə də, hərbi vəziyyətlə əlaqədar ev oyunlarını bu şəhərdə keçirə bilmir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi