UEFA Rusiyanın “Spartak” klubuna qarşı intizam işi açıb

UEFA Rusiyanın “Spartak” klubuna qarşı intizam işi açıb Moskva təmsilçisi reqlamentin 3 bəndini pozmaqda ittiham olunur
Futbol
4 Oktyabr , 2017 16:20
UEFA Rusiyanın “Spartak” klubuna qarşı intizam işi açıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ UEFA Rusiyanın “Spartak” klubuna qarşı intizam işi açıb.

“Report” xəbər verir ki, Moskva təmsilçisi Çempionlar Liqasının II turu çərçivəsində İngiltərənin “Liverpul” komandası ilə ev oyunu zamanı intizam reqlamentinin 3 bəndini pozmaqda ittiham olunur.

Bununla bağlı UEFA İntizam Komitəsinin oktyabrın 19-da keçiriləcək iclasında qərar çıxarılacaq.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan oyunun ilk hissəsində “Spartak” azarkeşləri üzərində “UEFA - Mafiya” banneri açmaqla bərabər, fişəng yandırıblar. Həmçinin UEFA Gənclər Liqasında bu kollektivlər arasında baş tutan görüşdə “Liverpul”un hücumçusu Bobbi Adekanye irqçi şüarlarla üzləşib.

Son xəbərlər

Orphus sistemi