UEFA Rusiya yığmasının sabiq futbolçusunun oğurlanmış medalını yenisi ilə əvəzləyib

UEFA Rusiya yığmasının sabiq futbolçusunun oğurlanmış medalını yenisi ilə əvəzləyib Avropa çempionatında 34 yaşlı yarımmüdafiəçiyə təqdim edilən bürünc medalın eynisini hazırlanıb
Futbol
22 Yanvar , 2018 14:25
UEFA Rusiya yığmasının sabiq futbolçusunun oğurlanmış medalını yenisi ilə əvəzləyib

Bakı. 22 yanvar. REPORT.AZ/ UEFA Rusiya yığmasının sabiq futbolçusu Vladimir Bıstrovun oğurlanmış medalını yenisi ilə əvəzləyib.

“Report” “Sport-Ekspress”ə istinadən xəbər verir ki, qitə futbol qurumu 2008-ci il Avropa çempionatında 34 yaşlı yarımmüdafiəçiyə təqdim edilən bürünc medalın eynisini hazırlayıb.

Medal yanvarın 24-də İsveçrənin Lozanna şəhərində Millətlər Kubokunun püşaktmasında iştirak edəcək Rusiya Futbol İttifaqının nümayəndələrinə təqdim olunacaq.

Qeyd edək ki, Rusiya millisi 2008-ci ildə Avstriya və İsveçrədə keçirilmiş Avropa çempionatının yarımfinalında İspaniya yığmasına 0:3 hesabı ilə uduzaraq bürünc medalla kifayətlənib. Bıstrov hazırda vətənində "Tosno" klubunun formasını geyinir.

Son xəbərlər

Orphus sistemi