Yuxarı

UEFA Rusiya "Lokomotiv"inin futbolçusunu Putin maykasına görə cərimələyib

Cərimə Dmitri Tarasovun doğum gününə təsadüf edib

Bakı. 18 mart. REPORT.AZ/ Avropa Liqasının 1/16 final mərhələsində Türkiyənin "Fənərbağça" klubu ilə  ilk görüşdə Rusiya prezidenti Vladimir Putinin portreti olan maykasını nümayiş etdirmiş Moskva "Lokomotiv"inin futbolçusu Dmitri Tarasov 5000 avro cərimələnib. "Report"un məlumatına görə, bu barədə UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi qərar qəbul edib.

Cəza Tarasovun 29 yaşının tamamlandığı günə təsadüf edib. O, İstanbuldakı qarşılaşmadan sonra V.Putinin "Ən nəzakətli prezident" kimi təqdim olunduğu maykasının güdazına gedib. UEFA-nın rəsmi açıqlamasında bildirilir ki, futbol matçlarında ideoloji, siyasi və dini təbliğatın bütün formaları qadağandır.

Qeyd edək ki, həmin oyunda "Fənərbağça" "Lokomotiv"i məğlub edib - 2:0. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi