UEFA Rusiya klubunu və futbolçusunu cəzalandırıb

UEFA Rusiya klubunu və futbolçusunu cəzalandırıb Futbolçu 3 oyun komandasına kömək edə bilməyəcək
Futbol
10 Sentyabr , 2016 13:51
UEFA Rusiya klubunu və futbolçusunu cəzalandırıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ UEFA Rusiyanın "Rostov" klubunu cəzalandırıb. 

"Report"un məlumatına görə, buna səbəb Çempionlar Liqasının "pley-off" mərhələsində Hollandiya "Ayaks"ı ilə baş tutmuş görüşdə rusiyalı azarkeşlərin irqçi şüarlar səsləndirməsi olub.

Nəticədə klub qrup mərhələsindəki ilk oyununu boş tribunalar önündə keçirəcək. Həmin oyun da elə Hollandiya klubu PSV-yə qarşı olacaq.

Üstəlik, Avropa futbol qurumu "Rostov"un 4:1 hesabı ilə qələbə qazandığı matçda kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq penaltiyə səbəb olan Fedor Kudriaşovu 3 oyunluq cəzalandırıb.

Qeyd edək ki, "Rostov" Çempionlar Liqasının D qrupunda "Bavariya" (Almaniya), "Atletiko" (Madrid, İspaniya) və PSV klubları ilə mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi