UEFA Rusiya klubuna qarşı intizam işi açıb

UEFA Rusiya klubuna qarşı intizam işi açıb Bakı. 13 aprel. REPORT.AZ/ UEFA Rusiyanın MOİK klubuna qarşı intizam işi açıb.
Futbol
13 Aprel , 2018 16:10
UEFA Rusiya klubuna qarşı intizam işi açıb

Bakı. 13 aprel. REPORT.AZ/ UEFA Rusiyanın MOİK klubuna qarşı intizam işi açıb.

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, araşdırma İngiltərə "Arsenal"ına qarşı keçirilmiş Avropa Liqasının 1/4 mərhələsinin cavab oyunu ilə əlaqədar aparılacaq. 

İntizam işi reqlamentin 3 bəndi üzrə açılıb. Rusiya təmsilçisinin azarkeşləri sözügedən matçda pirotexniki vasitələrdən istifadə edib, meydana müxtəlif əşyalar atıblar. Fanatlar, həmçinin, tribunanı bloklayıblar. Bu məsələyə mayın 31-də baxılacaq.

Qeyd edək ki, MOİK - "Arsenal" matçı 2:2 hesablı heç-heçə ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi