UEFA Rumıniya yığmasına qarşı intizam işi açıb

UEFA Rumıniya yığmasına qarşı intizam işi açıb Bakı. 16 oktyabr. REPORT.AZ/ UEFA Rumıniya yığması barədə intizam işi açıb.
Futbol
16 Oktyabr , 2018 19:22
UEFA Rumıniya yığmasına qarşı intizam işi açıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ UEFA Rumıniya yığması barədə intizam işi açıb. 

"Report" qurumun saytına istinadən xəbər verir ki, araşdırma Millətlər Liqasının IV turunda evdə Serbiya yığmasına qarşı keçirilmiş oyunla bağlı aparılacaq.

İntizam işi reqlamentin 3 bəndi üzrə açılıb. Komanda azarkeşlərinin intizamsızlığına görə ittiham olunur. Fanatlar sözügedən qarşılaşmada irqçi ifadələr işlədib, meydana girib, həmçinin pirotexniki vasitələrdən istifadə ediblər. 

Bu məsələyə oktyabrın 25-də baxılacaq.

Qeyd edək ki, Rumıniya - Serbiya matçı 0:0 hesabı ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi