UEFA Ronalduya qarşı intizam işi açıb

UEFA Ronalduya qarşı intizam işi açıb UEFA İtaliyanın Yuventus klubunun ulduz futbolçusu Kriştianu Ronalduya qarşı intizam işi açıb.
Futbol
18 Mart , 2019 15:18
UEFA Ronalduya qarşı intizam işi açıb

UEFA İtaliyanın "Yuventus" klubunun ulduz futbolçusu Kriştianu Ronalduya qarşı intizam işi açıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna 34 yaşlı hücumçunun Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda evdə İspaniya "Atletiko"sunu 3:0 hesabı ilə məğlub etdikləri matçda etdiyi qeyri-etik hərəkətlər səbəb olub.

Portuqaliyalı forvard qarşılaşma başa çatdıqdan sonra Madrid təmsilçisinin azarkeşlərinə qarşı xoşagəlməz jest edib.

Məsələyə martın 21-də baxılacaq. 

Qeyd edək ki, "Yuventus" ilk görüşdə 0:2 hesabı ilə uduzduğu "Atletiko"nu cavab matçında Kriştianu Ronaldunun "het-trik"i sayəsində üstələyib. İlk matçda "Atletiko"nun baş məşqçisi Dieqo Simeone eyni hərəkəti edib və 20 min avro məbləğində cərimələnib. 

Son xəbərlər

Orphus sistemi