Yuxarı
    Bağlamaq

    ​UEFA rəsmisi: "Terror olmayacağına zəmanət verə bilmərik"

    Qurum rəsmisi AVRO-2016-dan danışıb

    Bakı 23 mart. REPORT.AZ/ Son vaxtlar baş verən terror hadisələri yayda Fransada keçiriləcək futbol üzrə Avropa çempionatında təhlükəsizlik məsələlərini gündəmə gətirib. "Report"un məlumatına görə, qitə turnirinin azarkeşsiz keçirilmə ehtimalı da var.

    Avropa futbol qurumu prezidentinin köməkçisi Ciankarlo Abete "Radio24"ə açıqlamasında məsələylə bağlı fikirlərini bildirib. O, terror təhlükəsi səbəbindən Avropa çempionatının arxa plana keçirilməyəcəyini, lakin oyunların azarkeşsiz təşkil olunma ehtimalının olduğunu bildirib: "Yarışlar vaxtı terrorun olmayacağına zəmanət verə bilmərik"

    Qeyd edək ki, iyunun 10-da start götürəcək və bir ay davam edəcək Avropa çempionatının oyunları Fransanın Bordo, Lans, Lill, Lion, Marsel, Nitsa, Paris, Sent-Etyen və Tuluza şəhərlərində keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi