​UEFA Çempionlar Liqasının final matçının keçiriləcəyi stadionu bəyənməyib

​UEFA Çempionlar Liqasının final matçının keçiriləcəyi stadionu bəyənməyib "Ot örtüyünə baxanlar vəzifələrini icra edə bilmirlər"
Futbol
19 May , 2016 16:19
​UEFA Çempionlar Liqasının final matçının keçiriləcəyi stadionu bəyənməyib

Bakı. 19 may. REPORT.AZ/ İtaliyanın Milan şəhərindəki "San Siro" stadionunun ot örtüyü futbol üzrə Çempionlar Liqasının final oyununun səviyyəsinə uyğun deyil. "Report"un məlumatına görə, bu barədə UEFA-nın oyunların təşkili üzrə rəhbəri Kit Dalton açıqlama verib. 

O, qitənin ən nüfuzlu klub turnirinin təşkilində keyfiyyətlə bağlı problemin olduğunu deyib: "Şəhərə məxsus iki klub - "İnter" və "Milan" bu stadionda növbə ilə oyun keçirirlər. Stadionla isə başqa şirkət məşğul olur. Ot örtüyünə baxan mütəxəssis çox gəncdir, amma orada işləyən tək mütəxəssis də odur. Digərləri öz vəzifələrini icra edə bilmirlər".

Qeyd edək ki, Çempionlar Liqasının finalında İspaniyanın iki klubu - "Real Madrid" və "Atletiko" üz-üzə gələcək. Mayın 28-də "San Siro"da 80 min azarkeş qarşısında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi