Millətlər Liqası: Pley-off oyunlarının yeni tarixi açıqlandı

Millətlər Liqası: Pley-off oyunlarının yeni tarixi açıqlandı UEFA Millətlər Liqasının pley-off oyunlarının yeni tarixi bəlli olub.
Futbol
21 Aprel , 2020 18:01
Millətlər Liqası: Pley-off oyunlarının yeni tarixi açıqlandı

UEFA Millətlər Liqasının pley-off oyunlarının yeni tarixi bəlli olub.

"Report"un məlumatına görə, bu barədə qitə futbol qurumunun vitse-prezidenti Şandor Çani Macarıstan mətbuatına açıqlama verib.

O bildirib ki, qarşılaşmalar oktyabr və ya noyabr aylarında təşkil oluna bilər. Macarıstanlı futbol funksioneri sözügedən ayların matçların keçirilməsi üçün ideal vaxt olduğunu bildirib.

Millətlər Liqasının pley-off görüşləri 2 dəfə təxirə salınıb. Matçlar əvvəlcə mart ayından iyuna, daha sonra isə sentyabra keçirilib.

A Liqası

İslandiya - Rumıniya

Bolqarıstan - Macarıstan

B Liqası

Bosniya və Herseqovina - Şimali İrlandiya

Slovakiya - İrlandiya

C Liqası

Şotlandiya - İsrail

Norveç - Serbiya

D Liqası

Gürcüstan - Belarus

Şimali Makedoniya - Kosovo

Qeyd edək ki, bu oyunlardan sonra AVRO-2020-yə vəsiqə qazanacaq son 4 komanda bəlli olacaq. Daha öncə Avropa çempionatının 2021-ci ildə keçiriləcəyinə dair qərar verilib. 

Son xəbərlər

Orphus sistemi