UEFA "Real Madrid"in kapitanını Çempionlar Liqasının ilk yarımfinal oyunundan da məhrum edə bilər

UEFA "Real Madrid"in kapitanını Çempionlar Liqasının ilk yarımfinal oyunundan da məhrum edə bilər Bakı. 12 aprel. REPORT.AZ/ İspaniyanın Real Madrid klubunun futbolçusu Serxio Ramos Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçını buraxa bilər.
Futbol
12 Aprel , 2018 13:16
UEFA Real Madridin kapitanını Çempionlar Liqasının ilk yarımfinal oyunundan da məhrum edə bilər

Bakı. 12 aprel. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Serxio Ramos Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçını buraxa bilər.

"Report"un məlumatına görə, 32 yaşlı müdafiəçi cəzalı olduğu halda, İtaliya "Yuventus"u ilə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşünün son dəqiqələrində tribunanın altına düşüb. Halbuki, UEFA qaydalarına əsasən, ispaniyalı oyunçu qarşılaşmanı yalnız tribunadan izləyə bilərdi. Müvafiq qaydanı pozan kapitanın növbəti mərhələdəki ilk görüşdən kənarda qalacağı istisna deyil. 

Qeyd edək ki, "Real Madrid" - "Yuventus" matçı qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Lakin "kral klubu" ilk görüşdəki 3:0 hesablı qələbə sayəsində mərhələ adlayıb. Madrid təmsilçinin növbəti mərhələdəki rəqibi aprelin 13-ü bəlli olacaq. 

Son xəbərlər

Orphus sistemi