UEFA "Qəbələ"yə daha 25 min avro ayırıb

UEFA "Qəbələ"yə daha 25 min avro ayırıb Bakı. 16 noyabr. REPORT.AZ/ UEFA Qəbələ İdman Klubuna daha 25 min avro ayırıb.
Futbol
16 Noyabr , 2018 17:36
UEFA Qəbələyə daha 25 min avro ayırıb

Bakı. 16 noyabr. REPORT.AZ/ UEFA "Qəbələ" İdman Klubuna daha 25 min avro ayırıb. 

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu vəsait klubun müvafiq yaş qrupundan ibarət komandasının 2018/2019 mövsümündə UEFA Gənclər Liqasınının I mərhələsində iştirakına görə səyahət (travel and accommodation) xərci üçün nəzərdə tutulub. Ayrılmış məbləğ AFFA-nın vasitəçiliyi ilə “Qəbələ”nin hesabına köçürülüb.

Qeyd edək ki, "Qəbələ" UEFA Gənclər Liqasının I mərhələsində Moldova "Şerif"ini iki oyunun nəticəsində üstələyib - 1:1, 3:1. Daha əvvəl UEFA "qırmızı-qaralar"a “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində 507 579,57 avro ödəyib.  

Son xəbərlər

Orphus sistemi