Yuxarı

UEFA "Qəbələ"nin futbolçusu Cavid Hüseynovla bağlı qərarını açıqlayıb

Qarabağ komandası UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizəni davam etdirəcək

Bakı. 5 avqust. REPORT.AZ/ UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 30-da keçirilən “Apollon” (Kipr) – “Qəbələ” matçı (1:1) ilə bağlı qərar verib. "Report" xəbər verir ki, “Qəbələ” FK məsələyə açıqlama ilə münasibət bildirib.

Açıqlamada qeyd olunur ki, qitə futbol qurumu Larnaka şəhərindəki “Antonis Papadopulos” stadionunda baş tutan görüşdə yaşananları müzakirə edərək, müvafiq addımı atıb. Matçdakı bərabərlik qolunu vurarkən sevincini nümayiş etdirən Cavid Hüseynovun jestindən narazı qalan “Apollon”un şikayətini, həmçinin “Qəbələ”nin kapitanı ilə bağlı göndərdiyi müdafiə məktubunu dəyərləndirən UEFA kiprlilərin iddiaların əsassız hesab edib.

Qurum baş verənlərin bütün təfərrüatlarını nəzərdən keçirdikdən sonra Hüseynovun cəzalandırılmamasına qərar verib.

Qeyd edək ki, “Qəbələ” və “Apollon” arasında cavab oyunu avqustun 6-da Bakıda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi