Yuxarı

UEFA "Qəbələ" - "Apollon" matçına daha bir nümayəndə təyin edib

Bu, Gürcüstanı təmsil edən Giorgi Pirtsxalavadır

Bakı. 6 avqust. REPORT.AZ/ "Qəbələ" və Kipr "Apollon"u arasında bu gün keçiriləcək Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşünə daha bir UEFA nümayəndəsi təyin edilib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Larnaka şəhərində keçirilmiş ilk görüşdə yerli azarkeşlərin aqressiv davranışı səbəb olub. 

Yaranmış gərginliyi nəzərə alan Avropa futbol təşkilatı bu gün "Bakcell Arena"da baş tutacaq qarşılaşmaya ikinci UEFA nümayəndəsi qismində Gürcüstanı təmsil edən Giorgi Pirtsxalavanı göndərib. 

Qeyd edək ki, oyunun digər UEFA nümayəndəsi rusiyalı Vladislav Kodevdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi