Yuxarı

UEFA "Qalatasaray"ı 15 milyon avro cərimələyib

UEFA "Qalatasaray"ı 15 milyon avro cərimələyib

Bakı. 13 iyun. REPORT.AZ/ UEFA Türkiyənin "Qalatasaray" futbol klubunu cəzalandırıb. 

"Report"un "Haberturk"ə istinadən verdiyi məlumata görə, Avropa ali futbol qurumu "cim-bom"a 2016-cı ildə maliyyə "fair-play" qaydalarını pozduğu üçün 15 milyon avro məbləğində cərimə kəsib. 

Qərara əsasən, bunun 6 milyonu nağd olmaqla, qalan 9 milyonu isə şərtlər yerinə yetirilmədiyi təqdirdə ödəniləcək. 

Bundan başqa, komanda avrokuboklarda 21 futbolçu ilə mübarizə aparacaq. Tərəflər arasında razılaşma 4 il müddətinə keçərli olduğundan futbolçu sayı hər mövsümdə bir nəfər artmaqla 25-ə çatacaq. 

Eyni zamanda aslanlar 2018-2019 mövsümündə 20, 2019-2020 mövsümündə 10 milyon avro ziyan edə bilər, 2020-2021 mövsümünü isə zərərsiz başa vurmalıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi