UEFA prezidenti: "İrqçilik halları baş verən zaman oyun dayandırılmalıdır"

UEFA prezidenti: "İrqçilik halları baş verən zaman oyun dayandırılmalıdır" “Referilər iqrçilik halları baş verən zaman oyunu dayandırmalıdırlar”.
Futbol
3 Aprel , 2019 11:04
UEFA prezidenti: İrqçilik halları baş verən zaman oyun dayandırılmalıdır
JURE MAKOVEC / AFP
0 : 00
0 : 00

“Referilər iqrçilik halları baş verən zaman oyunu dayandırmalıdırlar”.

“Report” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin deyib. Sloveniyalı funksioner son dövrlər baş verən bir sıra insidentlərdən sonra hakimlərlə yenidən danışacaqlarını və onlara daha qətiyyətli olmağı tapşıracaqlarını deyib: “Hakimlər belə hallarda görüşü dayandırmalıdırlar. İrqçilik dözümsüzlüyünü nümayiş etdirənlər azlıqdadırlar, ancaq onların səsi yüksək çıxır. Azarkeşlərin əksəriyyəti də bu cür olaylardan narazıdırlar”.

Qeyd edək ki, indiyə qədər Azərbaycanda keçirilmiş futbol matçlarında irqçilik hallarına rast gəlinməyib.

Son xəbərlər

Orphus sistemi