UEFA prezidenti videotəkrar sisteminin tətbiqinə münasibət bildirib

UEFA prezidenti videotəkrar sisteminin tətbiqinə münasibət bildirib Bakı. 24 yanvar. REPORT.AZ/ UEFA prezidenti Aleksander Çeferin futbol oyunları zamanı videotəkrar sisteminin (VAR) tətbiqinə münasibət bildirib.
Futbol
24 Yanvar , 2018 14:56
UEFA prezidenti videotəkrar sisteminin tətbiqinə münasibət bildirib
AA

Bakı. 24 yanvar. REPORT.AZ/ UEFA prezidenti Aleksander Çeferin futbol oyunları zamanı videotəkrar sisteminin (VAR) tətbiqinə münasibət bildirib.

“Report” “The Telegraph”a istinadən xəbər verir ki, qurumun rəhbəri hələlik bütün hakimlərin VAR-la tanış olmadıqlarını söyləyib. Onun sözlərinə görə, azarkeşlər də bu dəyişikliyə tam hazır deyillər.

“Sistemin qaydalara daxil edilməsinin tez olduğunu düşünürəm. Bütün hakimləri və sistemlə bağlı olan şəxsləri təlimatlandırmalıyıq. Bundan sonra VAR-ı bütün yarışlarda tətbiq edə bilərik. Bu və ya digər qaydaların müəyyənləşdirilməsini başa düşmək vacibdir. Məsələn, ofsayd – hücum edən futbolçunun müdafiədə yer alan rəqib önündə üstünlüyüdür. Ancaq həmin futbolçunun ayağı və ya burnu uzundursa, bu, ofsayddır? Xeyr. Bu, qaydalara ziddir. Ancaq insanlar təkara baxırlar və deyirlər: “Bir santimetr – bu, ofsayddır”. Bunu problem hesab edirəm”, - Çeferin söyləyib.

Qeyd edək ki, VAR indiyə qədər tətbiq olunduğu rəsmi matçların 8 faizində nəticəyə təsir edib.

Son xəbərlər

Orphus sistemi