​UEFA prezidenti vəzifəsinə namizədlərin yekun siyahısı açıqlanıb

​UEFA prezidenti vəzifəsinə namizədlərin yekun siyahısı açıqlanıb Avropa futbol qurumuna rəhbərlik uğrunda 3 nəfər mübarizə aparacaq
Futbol
23 İyul , 2016 01:18
​UEFA prezidenti vəzifəsinə namizədlərin yekun siyahısı açıqlanıb

Bakı. 23 iyul. REPORT.AZ/ UEFA prezidenti vəzifəsinə namizədlərin yekun siyahısı açıqlanıb. 

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, son müddət kimi qoyulan iyulun 20-dək 3 namizəd qeydiyyatdan keçib.

Aleksandr Çeferin (Sloveniya Futbol Federasiyasının prezidenti), Mixael van Praq (Hollandiya Futbol Assosiasiyasının prezidenti) və Anxel Mariya Vilyar (İspaniya Futbol Federasiyasının prezidenti) Avropa futbol qurumuna rəhbərlik uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, UEFA prezidenti seçkisi sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada təşkilatın növbədənkənar konqresi çərçivəsində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi