UEFA prezidenti seçkisinin vaxtı və yeri açıqlanıb

UEFA prezidenti seçkisinin vaxtı və yeri açıqlanıb Namizədlər ərizələrini iyulun 20-dək təqdim etməlidirlər
Futbol
18 May , 2016 15:32
UEFA prezidenti seçkisinin vaxtı və yeri açıqlanıb

Bakı. 18 may. REPORT.AZ/ UEFA-ya yeni prezidenti seçkisinin vaxtı və yeri müəyyənləşib. "Report"un məlumatına görə, bu barədə Avropa futbol qurumunun vitse-prezidenti Qriqori Surkis İcraiyyə Komitəsinin İsveçrənin Bazel şəhərindəki iclasından sonra açıqlama verib.

O bildirib ki, seçki sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada baş tutacaq. UEFA prezidenti vəzifəsinə namizədlər ərizələrini iyulun 20-dək təqdim etməlidirlər.

Qeyd edək ki, UEFA-nın əvvəlki prezidenti Mişel Platini korrupsiya ittihamı ilə əlaqədar fəaliyyətindən 4 il müddətinə kənarlaşdırılıb. O, qitə futbol qurumuna 2007-ci ildən başçılıq edirdi.

Son xəbərlər

Orphus sistemi