UEFA prezidenti Mişel Platini Bakıya gələcək

UEFA prezidenti Mişel Platini Bakıya gələcək FİFA prezidenti vəzifəsinə namizəd Azərbaycan - İtaliya matçını izləyəcək
Futbol
8 Sentyabr , 2015 12:40
UEFA prezidenti Mişel Platini Bakıya gələcək

Bakı. 8 sentyabr. REPORT.AZ/ UEFA-nın prezidenti, FIFA prezidenti vəzifəsinə namizəd Mişel Platini Bakıya gələcək. "Report"un məlumatına görə, səfər AFFA-nın dəvəti ilə oktyabrda baş tutacaq. 

M.Platini Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcək və AVRO-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununu izləyəcək.

Qeyd edək ki, UEFA prezidenti Azərbaycan milli komandalarının təlim-məşq bazasının 2013-cü il sentyabrın 21-də keçirilmiş təməlqoyma mərasimində iştirak edib.

Son xəbərlər

Orphus sistemi