UEFA prezidenti futbolun problemlərindən danışıb

UEFA prezidenti futbolun problemlərindən danışıb Bakı. 7 fevral. REPORT.AZ/ UEFA prezidenti Aleksandr Ceferin futbolun problemlərindən danışıb.
Futbol
7 Fevral , 2019 20:12
UEFA prezidenti futbolun problemlərindən danışıb

Bakı. 7 fevral. REPORT.AZ/ UEFA prezidenti Aleksandr Ceferin futbolun problemlərindən danışıb.

"Report" TASS-a istinadən xəbər verir ki, sloveniyalı funksioner bunu qurumun İtaliyanın paytaxtı Romada keçirilən 43-cü Konqresində bildirib.

O, klubların rəqabət qabiliyyətinin olmamasının futbolun problemlərindən biri olduğunu söyləyib: "Futbolda qeyri-adi rəqabət bizim problemimizdir. 1960-ci illərdə avrokuboklarda "Real Madrid"in qələbələrinə nəzər salaq, tarix təkrarlanır. Biz hər şeyi edəcəyik ki, Avropa futbolu üzüaşağı yox, axının əleyhinə hərəkət etsin".

Qeyd edək ki, Aleksandr Ceferin bu gün yenidən UEFA-nın prezindeti seçilib. 

Son xəbərlər

Orphus sistemi