Yuxarı

UEFA prezidenti: "Avropa Liqasının finalı Azərbaycan üçün də xüsusi hadisənin olacağını vəd edir"

UEFA prezidenti: "Final Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir"
© JURE MAKOVEC / AFP

UEFA prezidenti Aleksander Çeferin Bakıda keçiriləcək Avropa Liqasının final matçına vəsiqə qazanan İngiltərənin "Arsenal" və "Çelsi" komandalarını təbrik edib. 

"Report"un məlumatına görə, bu barədə sloveniyalı funksionerin qurumun rəsmi saytında yer alan açıqlamasında bildirilir. Çeferin həlledici qarşılaşmada Londonun iki komandasının üz-üzə gəlməsini xüsusi hadisə adlandırıb: "Bu görüş təkcə onların azarkeşləri üçün deyil, təşkilatçı Azərbaycan adına da xüsusi hadisənin olacağını vəd edir". 

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 23:00-da başlayacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi