​UEFA prezidenti: "Bu Rusiya futbolu üçün çox pis reklamdır"

​UEFA prezidenti: "Bu Rusiya futbolu üçün çox pis reklamdır" Qurum rəhbəri italiyalı baş məşqçinin bu barədə ona heç nə demədiyini qeyd edib
Futbol
20 Yanvar , 2015 16:51
​UEFA prezidenti: Bu Rusiya futbolu üçün çox pis reklamdır

Bakı. 20 yanvar. REPORT.AZ/ UEFA prezidenti Mişel Platini futbol üzrə Rusiya yığmasının baş məşqçisi Fabio Kapellonun federasiyadan maaş ala bilməməsinə münasibət bildirib. "Report"un məlumatına görə, qurum rəhbəri italiyalı baş məşqçinin bu barədə ona heç nə demədiyini qeyd edib.

M.Platini bu addımın düzgün olmadığını söyləyib: "Federasiyanın baş məşqçinin pulunu ödəməməsi Rusiya futboluna mənfi təsir göstərir. Bu addım Rusiya futbolu üçün çox pis reklamdır. Nəzərə almaq lazımdır ki, Dünya çempionatı (2018) Rusiyada keçiriləcək. Fikrimcə, məşqçilərin və oyunçuların pulu vaxtında ödənilməlidir".

Qeyd edək ki, Fabio Kapelloya 6 aydır maaş ödəməyən Rusiya Futbol Federasiyasının (RFF) baş məşqçiyə olan borcu 9 milyon dollardan artıqdır.

Son xəbərlər

Orphus sistemi