UEFA prezidenti Bakıya gəlib

UEFA prezidenti Bakıya gəlib Aleksander Çeferin AVRO 2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak edəcək
Futbol
29 Sentyabr , 2016 18:23
UEFA prezidenti Bakıya gəlib

Bakı. 29 sentyabr. REPORT.AZ/ UEFA-nın prezidenti Aleksander Çeferin Bakıya gəlib. 

"Report"in AFFA-nın saytına istinadən verdiyi məlumata görə, səfər qurumun prezidenti Rövnəq Abdullayevin dəvəti əsasında baş tutub. 

A.Çeferin bu gün saat 19.00-da Avropa Liqasının C qrupunda "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Maynts" (Almaniya) oyununu izləyəcək.

Xatırladaq ki, A.Çeferin sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək AVRO 2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi