UEFA prezidenti 2020-ci il Avropa çempionatının eyni vaxtda müxtəlif ölkələrdə keçirilməsinə qarşı çıxıb

UEFA prezidenti 2020-ci il Avropa çempionatının eyni vaxtda müxtəlif ölkələrdə keçirilməsinə qarşı çıxıb "Avropanı simvolik olaraq birləşdirilməsi ideyası xoşdur, lakin bu modelin gələcəyi yoxdur”
Futbol
28 Avqust , 2017 14:20
UEFA prezidenti 2020-ci il Avropa çempionatının eyni vaxtda müxtəlif ölkələrdə keçirilməsinə qarşı çıxıb
JURE MAKOVEC / AFP

Bakı. 28 avqust. REPORT.AZ/ UEFA prezidenti Aleksandr Çeferin 2020-ci il Avropa çempionatının eyni vaxtda müxtəlif ölkələrdə keçirilməsinə qarşı çıxıb. “Report”un məlumatına görə, 50 yaşlı funksioner bu barədə “Kicker” nəşrinə açıqlama verib.

Sloveniyalı prezident bildirib ki, UEFA bu cür qərar qəbul etməklə, özünə həddindən artıq problem yaradıb. A.Çeferin bu modelin gələcəyinin olmadığını söyləyib: “Avropa çempionatının 13 şəhərdə keçirilməsi ilə bağlı qərar düzgün deyil. Bu, bir daha təkrarlanmayacaq. Biz həddindən artıq problem yaratmışıq. Əsas çətinliklər maddi-texniki təminat, müxtəlif ölkələrdə fərqli valyutaların işlədilməsi ilə əlaqədar qanunvericilik məsələlərinə görədir. Avropanın simvolik olaraq birləşdirilməsi ideyası xoşdur, lakin bu modelin gələcəyi yoxdur”.

Qeyd edək ki, AVRO-2020 Avropanın 13 şəhərində keçiriləcək. Futbol azarkeşləri Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), Buxarest (Rumıniya), Budapeşt (Macarıstan), Münhen (Almaniya), Brüssel (Belçika), Amsterdam (Hollandiya), Kopenhagen (Danimarka), Roma (İtaliya), Bilbao (İspaniya), Dublin (İrlandiya), London (İngiltərə) və Qlazqoda (Şotlandiya) bir araya gələcəklər. Bu qərar UEFA-nın əvvəlki prezidenti Mişel Platininin təşəbbüsü ilə qəbul olunub.  

Son xəbərlər

Orphus sistemi