UEFA Polşa, Şotlandiya və Kipr klublarını cərimələyib

UEFA Polşa, Şotlandiya və Kipr klublarını cərimələyib Onlar üst-üstə 72,5 min avro ziyana düşüblər
Futbol
18 Avqust , 2017 16:48
UEFA Polşa, Şotlandiya və Kipr klublarını cərimələyib

Bakı. 18 avqust. REPORT.AZ/ UEFA Polşanın “Legiya”, Şotlandiyanın “Aberdin” və Kiprin “Apollon” klublarını cəzalandırıb.

“Report”un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna hər 3 komandanın iştirakı ilə keçirilmiş avrokubok matçları zamanı azarkeşlərin davranışları səbəb olub. 

“Legiya” avqustun 2-də Çempionlar Liqasının III təsnifat mərhələsində Qazaxıstan “Astana”sı ilə görüşdə polşalı azarkeşlərin açdıqları “1944. Almanlar Varşava üsyanı zamanı 160 min nəfər qətlə yetirilib. Onlardan min nəfəri uşaq idi” plakatına və stadiondan çıxışı əngəlləmələrinə görə 35 min avro cərimələnib.

Avqustun 3-də Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Apollon” və “Aberdin” komandaları arasında Kiprdə baş tutmuş cavab qarşılaşmada baş verənlərə görə meydan sahiblərinə 27,5 min avro, qonaqlara isə 10 min avro cərimə kəsilib. Kipr təmsilçisi azarkeşlərinin meydana  kənar əşyalar atmalarına və pirotexniki maddələrdən istifadəyə görə ziyana düşübsə, şotlandiyalılar stüardlarının olmaması və fanatlarının tribunda iğtişaş salması üzündən cərimələniblər. 

Son xəbərlər

Orphus sistemi