UEFA rəhbər orqanlarına seçilmə sayına məhdudiyyət qoyub

UEFA rəhbər orqanlarına seçilmə sayına məhdudiyyət qoyub Nizamnaməsin üçün nəzərdə tutulan dəyişikliklər yekdilliklə qəbul edilib
Futbol
5 Aprel , 2017 16:11
UEFA rəhbər orqanlarına seçilmə sayına məhdudiyyət qoyub

Bakı. 5 aprel. REPORT.AZ/ UEFA-nın Konqresi qurumun prezidenti Aleksander Çeferin tərəfindən təklif olunan inzibati islahatları təsdiqləyib. 

“Report”un məlumatına görə, bu gün Finlandiyanın paytaxtı Helsinkidə baş tutan Konqresdə təşkilatın Nizamnaməsi üçün nəzərdə tutulan dəyişikliklər yekdilliklə qəbul edilib.

2017-ci il iyulun 1-dən qüvvəyə minəcək yeni qaydalara əsasən, bundan sonra UEFA İcraiyyə Komitəsinə yalnız öz milli assosiasiyalarında prezident, vitse-prezident, baş katib və ya icraçı direktor postlarından birini tutan şəxslər namizəd ola biləcəklər.

UEFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri hər biri 4 il olmaqla, 3 müddətə seçiləcəklər və komitədə Avropa Klubları Assosiasiyasına (ECA) iki yer ayrılacaq. Eləcə də komitənin işinin idarə edilməsi və tələblərə riayət olunması üzrə hazırda fəaliyyət göstərən üzvlərin sayı 3-dən 5-ə çatdırılacaq.

Bundan sonra milli assosiasiyaların ekspertlərinə UEFA-nın komitələrinə rəhbərlik etməyə icazə veriləcək. Həmçinin, UEFA-nın Nizamnaməsinə, qurumun istənilən turnirlərin keçirilməsi üçün şəhərləri və stadionlar tam obyektiv və şəffaf şəkildə seçilməsinə dair bənd daxil ediləcək.

Qeyd edək ki, Aleksander Çeferin 14 sentyabr 2016-cı ildə UEFA prezidenti seçilib.

Son xəbərlər

Orphus sistemi