Yuxarı

UEFA nümayəndəsi "Qarabağ"ın "Slovan"ı qəbul etmək istədiyi stadionda olub

Tofiq Bəhramov adına Respublika stadionuna da baxış keçiriləcək

Bakı. 2 sentyabr. REPORT.AZ/ "Qarabağ"ın futbol üzrə Avropa Liqasında Çexiya "Slovan"ı ilə ev oyununu keçirmək istədiyi Dalğa Arena"ya UEFA nümayəndəsi baxış keçirib. Bu barədə "Report"a stadionun direktoru Vüqar Haşımov məlumat verib.

Onun sözlərinə görə, Avropa futbol qurumunun nümayəndəsi Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla birgə arenanı gəzib. Daha sonra onlar "Qarabağ"ın uzunmüddətli icarəyə götürdüyü Tofiq Bəhramov adına Respublika stadionuna yollanıblar.

Qeyd edək ki, Respublika stadionunun ot örtüyü yararsız vəziyyətə düşdüyündən, "Slovan"la oyunun "Dalğa Arena"da keçirilməsi nəzərdə tutulub. Qarşılaşma sentyabrın 15-də saat 19:00-da başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi