UEFA nümayəndəsi: "AFFA regionda ən dinamik və tərəqqidə olan milli assosiasiyadır"

UEFA nümayəndəsi: "AFFA regionda ən dinamik və tərəqqidə olan milli assosiasiyadır" AFFA UEFA-ya üzv olanlar arasında ən aktiv federasiyalardan biridir.
Futbol
15 May , 2019 11:17
UEFA nümayəndəsi: AFFA regionda ən dinamik və tərəqqidə olan milli assosiasiyadır
Report/ Firi Salim

"AFFA UEFA-ya üzv olanlar arasında ən aktiv federasiyalardan biridir".

"Report"un məlumatına görə, bunu UEFA-nın Biznes İnkişaf meneceri Aleksandr Kuçeryavı Bakıda AFFA və Avropa futbol qurumunun təşkilatçılığı ilə keçirilən "Futbol və Biznes" sammitində deyib.

Onun sözlərinə görə, AFFA regionda ən dinamik və tərəqqidə olan milli assosiasiyadır: "AFFA ilə bir çox layihələrimiz olub. Bunlardan biri də UEFA GROW layihəsdir. Regionda bu layihənin təsirini görən ilk ölkəsiniz. Buna görə sizi təbrik edirəm".

Son xəbərlər

Orphus sistemi