UEFA nümayəndələrinin Avropa Liqasının final oyunu ilə əlaqədar Bakıya səfəri başlayıb

UEFA nümayəndələrinin Avropa Liqasının final oyunu ilə əlaqədar Bakıya səfəri başlayıb İşçi heyətində 40 nəfər yer alıb
Futbol
12 Sentyabr , 2018 10:47
UEFA nümayəndələrinin Avropa Liqasının final oyunu ilə əlaqədar Bakıya səfəri başlayıb
0 : 00
0 : 00

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakı Olimpiya Stadionunda 2019-cu ildə keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya 4-cü işgüzar səfəri başlayıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər proqramında UEFA-nın 40 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik və sair məsələlərlə yerində tanış olacaq. Eyni zamanda onlarla fikir mübadiləsi aparılacaq. Səfər sentyabrın 14-dək davam edəcək.

Qeyd edək ki, Avropa Liqasının final matçı gələn il mayın 29-da keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi