UEFA nümayəndələri Avropa çempionatı ilə əlaqədar Bakıdadırlar

UEFA nümayəndələri Avropa çempionatı ilə əlaqədar Bakıdadırlar Qonaqlarla AFFA-nın baş katibi Elxan Məmmədov görüşüb
Futbol
22 Sentyabr , 2015 13:29
UEFA nümayəndələri Avropa çempionatı ilə əlaqədar Bakıdadırlar

Bakı. 22 sentyabr. REPORT.AZ/ 2016-cı ildə Azərbaycanda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatının təşkilati işləri ilə bağlı UEFA nümayəndələri Bakıya səfər ediblər. "Report"un məlumatına görə, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov U-17 Avropa çempionatının tədbir rəhbəri Kristof VonVattenvil, turnirin layihə rəhbəri Pierpaskal Laratonda, AÇ-nin tədbir koordinatoru Kristin Hyusman və U-17 Avropa çempionatının yarışlar koordinatoru Sandra Selanla görüşüb. 

Görüş zamanı çempionata hazırlıq işləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində UEFA nümayəndələri Avopa çempionatının infrastruktur, hotel və digər məsələlər üzrə hazırlıq işləri ilə tanış olacaqlar.

Son xəbərlər

Orphus sistemi