UEFA-nın yeni prezidenti Bakıya gələcək

UEFA-nın yeni prezidenti Bakıya gələcək Aleksandr Çeferini Bakıya Rövnəq Abdullayev dəvət edib
Futbol
22 Sentyabr , 2016 17:21
UEFA-nın yeni prezidenti Bakıya gələcək

Bakı. 22 sentyabr. REPORT.AZ/ UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridis Bakıya gələcək. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər AVRO 2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak məqsədilə gerçəkləşəcək. 

Mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək. UEFA rəsmilərini Azərbaycan paytaxtına AFFA-nın prezidenti Rövnəq Abdullayev dəvət edib. 

Qeyd dək ki, Aleksander Çeferin sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçirilmiş növbədənkənar Konqresdə UEFA-nın prezidenti seçilib.

Son xəbərlər

Orphus sistemi