UEFA-nın yeni baş katibi təsdiqlənib

UEFA-nın yeni baş katibi təsdiqlənib Yunanıstanlı funksioner UEFA-da 2008-ci ildən çalışır
Futbol
15 Sentyabr , 2016 16:52
UEFA-nın yeni baş katibi təsdiqlənib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Teodor Teodoridis UEFA-da daimi əsasda baş katib vəzifəsinə təsdiqlənib. "Report"un məlumatına görə, bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar verilib.

Teodoridis UEFA baş katibi səlahiyyətlərini mart ayından etibarən icra edirdi. O, hazırda FİFA-ya rəhbərlik edən Canni İnfantinonu əvəzləmişdi. Yunanıstanlı funksioner UEFA-da 2008-ci ildən çalışır. O, 2010-cu ildən baş katibin müavini idi.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin iclasında Ukraynanın paytaxtı Kiyev 2017-2018 mövsümündə Çempionlar Liqasının final matçını, Estoniyanın paytaxtı Tallinin 2018-ci il UEFA Super Kubokunu keçirəcək şəhər qismində təsdiqlənib. Avropa Liqasının final mövsümünün hansı şəhərdə keçiriləcəyi barədə qərar isə hələlik qəbul olunmayıb. 

Son xəbərlər

Orphus sistemi