Bakı. 4 mart. REPORT.AZ/ Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın İcraiyyə Komitəsi qurumun yeni baş katibini təyin edib. "Report"un məlumatına görə, bu vəzifə müvəqqəti olaraq, Teodor Teodoridisə həvalə olunub.
T.Teodoridis 2008-ci ildən Avropa futbol qurumunda çalışır. O, yeni vəzifəyədək baş katibin müavini olub. UEFA-nın növbəti konqresi mayın 3-də keçiriləcək.
Qeyd edək ki, seçkilərin keçirilməsinə səbəb UEFA-nın sabiq baş katibi Canni İnfantinonun FİFA-ya prezident seçilməsidir. O, baş katib postunu bu gün rəsmən tərk edib.