Yuxarı
    Bağlamaq

    ​UEFA-nın toplantısı təxirə salınıb

    Mişel Platini: Berlində keçiriləcək UEFA Çempionlar liqasının finalına köklənmişik

    Bakı. 3 iyun. REPORT.AZ/ Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) bu həftəyə nəzərdə tutulan görüşü təxirə salınıb.

    "Report" xəbər verir ki, bunu UEFA-nın prezidenti Mişel Platini bildirib.

    "FİFA-nın dünənki bəyanatından, qeyri-müəyyən və gözlənilməz xarakterli araşdırmadan sonra bu həftənin istirahət günlərində Berlində keçirilməsi nəzərdə tutulan iclası təxirə salmaq qərarına gəldim. Hər gün yeni şərait yarandığından, hesab edirəm ki, vəziyyətin aydınlaşması üçün bir müddət gözləmək məqsədəuyğundur", - Mişel Platini deyib.

    O, Berlində keçiriləcək UEFA Çempionlar liqasının finalına kökləndiklərini də vurğulayıb.

    Qeyd edək ki, UEFA bu həftə FİFA ilə gələcək münasibətlərinə aydınlıq gətirmək üçün toplantı keçirməyi planlaşdırmışdı. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi