UEFA-nın "Qarabağ" və "Qəbələ"yə ayırdığı vəsait klubların hesabına köçürülüb

UEFA-nın "Qarabağ" və "Qəbələ"yə ayırdığı vəsait klubların hesabına köçürülüb İki klub Avroliqanın qrup mərhələsinə yüksəldiyi üçün üst-üstə 2,4 milyon avro ayırıb
Futbol
15 Oktyabr , 2015 10:27
UEFA-nın Qarabağ və Qəbələyə ayırdığı vəsait klubların hesabına köçürülüb

Bakı. 15 oktyabr. REPORT.AZ/ 2015/2016-cı il mövsümündə Futbol üzrə Avropa Liqasının qrup mərhələsinə yüksəlmiş “Qarabağ” və “Qəbələ” klublarına UEFA-nın ayırdığı vəsaitin həcmi açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA Azərbaycanın 2 klubuna üst-üstə 2,4 milyon avro vəsait ayırıb. 

AFFA-ya daxil olan həmin vəsait dərhal müvafiq qaydada hər iki klubun hesabına köçürülüb.

Son xəbərlər

Orphus sistemi